May 23, 2026-4:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qarşılıqlı dərsdinləmə layihəsinin nəticələri açıqlanıb

2026:05:21 - 15:10
in SOSİAL
A A

Bakı şəhəri 114 nömrəli tam orta ümumtəhsil məktəbində Suraxanı rayonu ümumi təhsil müəssisələrini əhatə edən qarşılıqlı dərsdinləmə layihəsinin yekun tədbiri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirdə layihənin ümumi nəticələri təqdim olunub, qarşılıqlı dərsdinləmələrin müəllimlərin peşəkar inkişafına, təcrübə mübadiləsinə və məktəblərarası əməkdaşlıq əlaqələrinin güclənməsinə verdiyi töhfələr geniş şəkildə müzakirə edilib.

Bildirilib ki, qarşılıqlı dərsdinləmə layihəsi Suraxanı rayonu üzrə 76, 84, 97, 101, 114, 154, 208, 226, 232, 290 və 317 nömrəli tam orta məktəbləri əhatə edib. Layihə çərçivəsində ümumilikdə 72 müəllim iştirak edib, müxtəlif fənlər üzrə 191 dərs dinlənilib.

Çıxış edən qonaqlar müəllimlər arasında qarşılıqlı öyrənmə və praktik təcrübə mübadiləsinin müasir təhsil mühitində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, bu cür təşəbbüslər müəllimlərin fərqli pedaqoji yanaşmalarla tanış olmasına, tədris prosesində tətbiq olunan effektiv üsulları müşahidə etməsinə və peşəkar kommunikasiya imkanlarının genişlənməsinə mühüm təsir göstərir.

Çıxışlar zamanı metodiki əməkdaşlığın davamlı xarakter almasının vacibliyi, gənc müəllimlərin proseslərə daha fəal şəkildə cəlb olunması, qabaqcıl təcrübələrin sistemli şəkildə paylaşılması və məktəblərarası peşəkar platformaların genişləndirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

Qeyd edək ki, qarşılıqlı dərsdinləmə layihəsinin əsas məqsədi müəllimlər arasında təcrübə mübadiləsinin aparılması, müasir tədris yanaşmalarının paylaşılması və peşəkar inkişafın dəstəklənməsindən ibarətdir.

 

Əvvəlki Yazı

Azərbaycan və Dünya Bankı “Yaşanıla bilən Bakı” layihəsi üzrə hazırlıq işlərini müzakirə edib

Növbəti Yazı

Polşa Estoniya səmasında patrul xidməti göstərmək üçün qırıcı təyyarələr göndərəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.