Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşa Daxili İşlər Nazirliyindən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkəyə girişinə qadağa qoyulmasını istəyib. Bu barədə Wirtualna Polska onlayn portalı Xarici İşlər Nazirliyinin sözçüsü Mixal Vieviora istinadən məlumat yayıb.
Portal yazır ki, Sikorskinin qərarına İsrail hakimiyyətinin Fələstinpərəst “Sumud” donanmasının fəallarına qarşı sərt münasibəti səbəb olub. Onların arasında iki Polşa vətəndaşı da var.
Daha əvvəl Sikorski, saxlanılan donanma fəallarına qarşı qəddar rəftarı əks etdirən Ben-Gvirin paylaşdığı video ilə bağlı izahat vermək üçün Polşadakı İsrail səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırmışdı. (Tass)
