May 21, 2026-21:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bu gün Bakı qlobal şəhərsalma müzakirələrinin mərkəzinə çevrilib

2026:05:21 - 16:30
in SİYASƏT
A A

Bakıda “Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal mənzil böhranı, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir. WUF13 dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından birinə çevrilməkdədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri, Sessiya iştirakçısı İradə Rizazadə söyləyib.

WUF13-ün COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olduğunu xatırladan İ. Rizazadə Bakının artıq qlobal siyasi, iqtisadi və humanitar müzakirələrin keçirildiyi mühüm mərkəz statusu qazandığını diqqətə çatdırıb.

“Cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Eyni zamanda, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə Milli Şəhərsalma forumlarının keçirilməsi Azərbaycanın postmünaqişə dövründə şəhərsalma siyasətinə xüsusi önəm verdiyini təsdiqləyir. Xüsusən də Azərbaycanın qazandığı Zəfərdən sonra regionda yeni düzən formalaşıb. Bu düzən kontekstində belə forumların təşkili Azərbaycanın mövcud potensialının və strateji mövqeyinin təqdimatı baxımından önəmlidir. Bu, həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçı kimi çıxış edir”, – deyə o diqqətə çatdırıb.

QHT sədri WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərə də münasibət bildirib. O deyib ki, dövlətimizin başçısı fikirləri Azərbaycanın müasir inkişaf strategiyasının mahiyyətini, milli-mənəvi dəyərlərə söykənən şəhərsalma siyasətini və gələcəyə hesablanmış dövlət baxışını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu çıxış yalnız şəhərsalma məsələlərinə dair siyasi mövqe kimi deyil, eyni zamanda, Azərbaycanın müasir dövlət fəlsəfəsinin təqdimatı kimi böyük əhəmiyyət daşıyır. Ölkə rəhbərinin çıxışında aydın şəkildə vurğulandı ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır. Bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönələcək.

İ. Rizazadə qeyd edib ki, bu gün Bakı qədim tarixlə müasirliyin harmoniyasını özündə birləşdirən nadir dünya şəhərlərindən biridir. Bir tərəfdə əsrlərin yaddaşını yaşadan İçərişəhər, digər tərəfdə isə müasir memarlıq nümunələri, innovativ urbanizasiya layihələri və dayanıqlı şəhər mühiti Azərbaycanın inkişaf modelinin balanslı şəkildə qurulduğunu göstərir. Tarixi irsin qorunması ilə müasir infrastrukturun paralel inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq uğurla həyata keçirilir. Bu yanaşma yalnız memarlıq baxımından deyil, həm də milli kimliyin və mədəni yaddaşın qorunması baxımından xüsusi strateji əhəmiyyət daşıyır.

Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə şəhərsalma sahəsində regionun aparıcı ölkəsinə çevrilib. Ölkəmiz artıq yalnız öz daxilində quruculuq prosesləri həyata keçirən dövlət kimi deyil, beynəlxalq şəhərsalma platformalarında təşəbbüslərlə çıxış edən, qlobal urbanizasiya çağırışlarına töhfə verən etibarlı tərəfdaş kimi qəbul olunur.

WUF13-də memarlıq ənənələrinin xüsusi vurğulanması da böyük qürur hissi doğurur. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və xüsusilə Şuşa kimi şəhərlərimiz əsrlər boyu formalaşmış yüksək memarlıq məktəbinin, zəngin mədəni irsin və milli dövlətçilik tariximizin canlı nümunələridir. Bu şəhərlərin qorunması və gələcək nəsillərə çatdırılması milli irsə verilən dəyərin göstəricisidir.

“Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri isə dünya şəhərsalma tarixində xüsusi əhəmiyyətə malik nümunələr sırasında yer alır. Qısa zaman ərzində inşa olunan yollar, tunellər, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial infrastruktur layihələri Azərbaycanın güclü siyasi iradəsini və dövlət potensialını açıq şəkildə nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu layihələr yalnız quruculuq prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və vətəndaş həmrəyliyinin təcəssümüdür.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

Koreya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

Növbəti Yazı

Naxçıvanda “Sağlam şəhər turu” aksiyası

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.