Pakistan nümayəndələri ABŞ və İsrail ilə İran arasında münaqişəyə son qoymaq səylərinə kömək etmək üçün 24 saat ərzində Tehrana gələcəklər. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Florida ştatının Mayami şəhərində jurnalistlərə bildirib.
“Düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik”, – deyə o, İranla razılığa gəlmək səylərindən danışarkən əlavə edib. “Bir neçə səfər olacaq. İnanıram ki, pakistanlılar bu gün Tehrana yola düşəcəklər. Ümid edirəm ki, bu, irəliləməyimizə imkan verəcək”, – Rubio əlavə edib.
ABŞ Dövlət Katibi əlavə edib ki, “[Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp] yaxşı bir razılaşma əldə etməyə üstünlük verir. Bu, onun həmişə üstünlüyü olub. Əgər bu işə yarayırsa, əladır. Mən bunun mütləq olacağını deməyəcəyəm. Amma deyəcəyəm ki, bunun mümkün olub-olmadığını görmək üçün əlimizdən gələni edəcəyik.” “Amma prezident aydın şəkildə bildirib ki, əgər yaxşı bir razılaşma əldə edə bilməsək, onun başqa variantları da var. Mən bu variantların nə olduğunu deməyəcəyəm, amma bunu hamı bilir”, Rubio vurğulayıb. (Tass)
