Nigeriya Prezidenti Bola Tinubu ölkənin adını Nigeriya Birləşmiş Ştatları olaraq dəyişdirmək və şimalda müsəlman qanunlarını ləğv etmək planlarını təkzib etdi. Bu barədə prezident ofisinin açıqlamasında bildirilir.
Sənəddə deyilir: “Prezident Ofisi nigeriyalılara bildirir ki, Prezident Bola Tinubu Nigeriyanın adının Nigeriya Birləşmiş Ştatları olaraq dəyişdirilməsi və ölkənin şimal bölgələrində müsəlman qanunlarının ləğvi üçün konstitusiya dəyişiklikləri tələb etməsi barədə yayılan yalan məlumatlar həqiqətə uyğun deyil”.
Prezident ofisi nigeriyalıları qeyri-sabitlik və iğtişaşlarda maraqlı olanların yaydığı bu cür şayiələrə məhəl qoymamağa çağırıb.
