Qəzza zolağında fələstinli radikallar tərəfindən 49 gün ərzində saxlanılan ilk girovlar İsrailə gəlib və orada onları hərbçilər və İsrail kəşfiyyatçıları qarşılayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İD-nin xüsusi təyinatlıları və Baş Təhlükəsizlik qüvvələri hazırda azad edilmiş girovların yanındadır. Azad edilən girovlar İsrail ərazisində ilkin tibbi müayinədən keçiblər. Onlar İsrail xəstəxanalarına gedən yolda İDF əsgərlərinin müşayiəti ilə qalacaqlar və burada ailələri ilə qovuşacaqlar. ” – mesajda deyilir. (Tass)