Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonrakı şəhər bərpası: Hümanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” adlı tədbirdə deyib.
O bildirib ki, hazırda azad edilmiş 8 şəhər və 33 kənddə paralel olaraq həm təmizləmə, həm də bərpa-tikinti işləri aparılır:
“Artıq 35 mindən çox keçmiş məcburi köçkün öz doğma yurduna təhlükəsiz şəkildə geri dönüb. Ümumilikdə, 2020-ci ildən bəri Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 15 milyard ABŞ dollarına yaxın vəsait ayırıb”.
