May 23, 2026-5:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AMEA ilə Özbəkistanın Asiya Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

2026:05:22 - 13:37
in SOSİAL
A A

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Respublikasının Qaşqadərya vilayətinin Qarşi şəhərində fəaliyyət göstərən Asiya Texnologiya Universitetinin rektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Loçin Raxmanov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli ortaq tarixi soykökə söykənən Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə iki qardaş ölkənin dövlət başçılarının sıx əlaqələri nəticəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, bunun elm və təhsil istiqamətində də geniş əməkdaşlığa meydan açdığını söyləyib.

AMEA-nın Özbəkistanın akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini deyən akademik İsa Həbibbəyli bu əlaqələrin birgə elmi-tədqiqatların genişlənməsi, ortaq layihələrin hazırlanması və konfransların təşkili baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə yaranmış akademik münasibətlər nəticəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi özbək şairi Əlişir Nəvaiyə həsr olunmuş Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyan Mərkəzin yaradıldığını deyib.

Daha sonra Loçin Raxmanov rəhbərlik etdiyi Asiya Texnologiya Universiteti barədə ətraflı məlumat verib. Universitetdə innovativ təhsil modelinin tətbiq olunduğunu, beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini bildirib. Rektor Loçin Raxmanov AMEA ilə elmi-tədqiqat, akademik mübadilə, birgə konfrans və layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Çıxışlardan sonra AMEA ilə Özbəkistanın Asiya Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Əvvəlki Yazı

BMU “Orqanik memarlıq” və “Orqanik şəhər” konsepsiyası üzərində elmi araşdırmalar aparır

Növbəti Yazı

Muxtar Babayev: Hava çirklənməsi trilyonlarla dollar iqtisadi itkiyə səbəb olur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.