May 23, 2026-2:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan məktəbliləri beynəlxalq elm olimpiadasında mükafatlar qazanıblar

2026:05:22 - 13:59
in SOSİAL
A A

Azərbaycan məktəbliləri ABŞ-nin Arizona ştatının Feniks şəhərində keçirilən və məktəblilər üçün dünyanın ən böyük elmi müsabiqələrindən biri hesab olunan “International Science and Engineering Fair” (ISEF) beynəlxalq elm olimpiadasında medal və xüsusi mükafatlar qazanıblar.

AZƏRTAC xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və həmin məktəbin 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli bürünc medala layiq görülüblər. Bundan əlavə, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Salman Sadıxzadə münsiflər heyətinin xüsusi mükafatlarını qazanıblar.

Beynəlxalq müsabiqə 9–15 may tarixlərində ABŞ-ın Arizona ştatında keçirilib. ISEF məktəblilər üçün ən nüfuzlu beynəlxalq elm və mühəndislik sərgi-müsabiqələrindən biri hesab olunur. Yarışda hər il dünyanın onlarla ölkəsindən olan şagirdlər elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində hazırladıqları layihələrlə iştirak edirlər

Azərbaycanlı məktəblilərin uğuru ölkədə təhsil, elm və gənclərin texnoloji bacarıqlarının inkişafına artan diqqəti əks etdirir. Bu proses iqtisadiyyatın şaxələndirilməsi və innovasiya sektorunun dəstəklənməsi istiqamətində həyata keçirilən siyasətlə paralel inkişaf edir.

Əvvəlki Yazı

The Express Tribune: Pakistan strateji neft ehtiyatları yaratmaq qərarına gəlib

Növbəti Yazı

Helsinqborqda NATO əleyhinə nümayişlər başlayır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.