May 22, 2026-20:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda “Force of Love” 2026 yay festivalı keçiriləcək

2026:05:22 - 15:19
in MƏDƏNİYYƏT
A A

AZƏRTAC

İyunun 5-7-də “Space13” incəsənət məkanı “Nargis” jurnalı tərəfindən təşkil olunan “Force of Love” 2026 festivalına ev sahibliyi edəcək.

Festival incəsənəti və canlı ünsiyyəti bir araya gətirən böyük sənətkarlıq yarmarkası formatında təşkil olunacaq. Festival çərçivəsində müxtəlif kitablar, fotoşəkillər, vinil plastinkalar, vintaj zinət əşyaları və çantalar, ev və gözəllik məhsulları, yerli brendlərin geyimləri, həmçinin “food corner”lər və daha çoxu təqdim olunacaq.

İyunun 5-də “Nargis Fund” ilə birgə uşaq evlərində yaşayan uşaqlar üçün Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş xüsusi əyləncə proqramı təşkil olunacaq. Balaca qonaqları teatr tamaşası, bayram ab-havası və hədiyyələr gözləyir.

İyunun 5-7-də festival qonaqları yalnız qeyri-adi hədiyyələr əldə etməklə kifayətlənməyəcək, həm də zəngin proqramın bir hissəsinə çevriləcəklər: “puppy yoga” məşğələlərində iştirak edəcək, musiqidən və müxtəlif mətbəx nümunələrindən zövq alacaq, yaradıcı atmosferdə vaxt keçirəcəklər. Həmçinin onlar uşaqları və dostları ilə birlikdə qəhvə sənəti, akril rəsm, keramika, boşqab üzərində rəsm, floristika, dekorativ sənət, robototexnika, sabun hazırlanması, parfümeriya və skrapbukinq üzrə master-klasslarda iştirak edə biləcəklər. Onların əksəriyyəti ödənişsiz əsasda keçiriləcək, çünki festival sosial xarakter daşıyır və əsas məqsədi insanlara ünsiyyət və birgə yaradıcılıq üçün məkan yaratmaq, ailə və dostlarla birlikdə vaxt keçirmək imkanı verməkdir.

Festival çərçivəsində “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud tərəfindən xüsusi master-klasslar da keçiriləcək.

Tədbirin çərçivəsində festivalın baş sponsoru olan Mədəniyyət Nazirliyi yanında Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı) bütün arzu edənləri öz arzularını reallığa çevirməyə və müxtəlif istiqamətlərdə istedadlarını nümayiş etdirməyə dəvət edir.

Festival sevginin önəmini vurğulayır – insanın özünə, ailəsinə, ətrafındakılara, təbiətə və, əlbəttə ki, özünü həsr etdiyi işə olan sevgisini. Onun parlaq, interaktiv, yadda qalan, müsbət emosiyalar və xoş təəssüratlarla dolu bir tədbir olacağı gözlənilir. Sizi gözləyirik!

Əvvəlki Yazı

Səbinə Salmanova: Şəhərsalma məsələsi yalnız tikinti və infrastruktur anlayışı ilə məhdudlaşmır

Növbəti Yazı

Rumıniya hakimiyyəti hələlik Ukraynanın NATO-ya üzvlüyü məsələsini müzakirə etməyə hazır deyil

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.