ABŞ Hindistanda birgə müdafiə istehsalı üçün böyük potensial görür. ABŞ dövlət katibi Marko Rubio bunu Hindistana dörd günlük səfəri zamanı News18 -ə verdiyi müsahibədə bildirib.
Dövlət katibi qeyd edib ki, “Birgə istehsala gəldikdə, bu, ideal seçim olardı. Əlbəttə ki, bu, hələ də inkişaf etdirməli olduğumuz bir sahədir, lakin bu, ideal ssenari olardı, çünki Hindistanın böyük potensialı var. Orada yüksək ixtisaslı işçi qüvvəsi var və bilirəm ki, şirkətlərimiz burada istehsal qurmaqda böyük maraq göstərirlər.”
Rubionun sözlərinə görə, “Bu, təkcə ABŞ və Hindistana deyil, həm də dünyanın bir çox digər ölkələrinə aiddir – müdafiə sənayesi bazasının inkişaf etdirilməsinə təcili ehtiyac var.” “Və inanıram ki, Hindistan bu prosesə həqiqətən də böyük töhfə verə bilər”, – deyə o əlavə edib.
