ABŞ dövlət katibi Marko Rubio ölkəsinin İran məsələsini “bu və ya digər şəkildə” həll etmək niyyətində olduğunu, lakin hazırda bunu diplomatiya yolu ilə etməyə çalışdığını bildirib.
O, Nyu-Dehlidəki ABŞ səfirliyində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, “Prezident [ABŞ Prezidenti Donald Tramp] həmişə bu cür məsələləri diplomatik razılaşmalar vasitəsilə həll etməyə üstünlük verir və biz hazırda bunun üzərində işləyirik, amma prezidentin artıq açıq şəkildə bildirdiyi kimi, bu məsələ bu və ya digər şəkildə həll olunacaq”. Veriliş Fox News tərəfindən yayımlanıb.
Amerika diplomatiyasının rəhbəri əlavə edib ki, “Ümid edirik ki, bu, diplomatik vasitələrlə həyata keçiriləcək, biz bunun üzərində işləyirik və bəlkə də [Hindistana] səfərim zamanı bu mövzuda danışılacaq bir şey olacaq”.
