May 26, 2026-12:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

QMİ Qurban bayramı ilə bağlı fətva verib

2026:05:25 - 10:00
in Din və fəlsəfə
A A

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

“Report”un məlumatına görə, fətvada deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Miladi təqvimlə mayın 27-nə təsadüf edəcək.

Şəriətə uyğun olaraq Qurban kəsimi mayın 27-dən başlayaraq 3 gün davam edə bilər. Mayın 27-də məscidlərdə Bayram namazları qılınacaq.

Həmçinin qeyd olunub ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır.

Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Xatırladaq ki, Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. Bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 may da qeyri-iş günü elan olunub. Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.

Əvvəlki Yazı

İsrail prezidenti İsaak Herzoq: İsrail cəmiyyəti periferiyadan mərkəzə doğru “heyvanlaşma” prosesindən keçir

Növbəti Yazı

Yalçın Rəfiyev: Azərbaycan Mərkəzi Afrika Respublikası ilə diplomatik münasibətlər qurmağı planlaşdırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.