Məhəmməd Bağır Qalibaf yenidən İran Məclisinin (Parlament) sədri seçilib. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, o, bu vəzifəni daha bir il saxlayacaq. Məclis deputatlarının əksəriyyəti Qalibafın namizədliyinin lehinə səs verib.
O, bu vəzifəni 2020-ci ildən tutur. (Tass)
