İyun 8, 2026-5:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

2026:05:25 - 12:05
in SİYASƏT
A A

London İmperial Kollecində “Azərbaycan–Böyük Britaniya Gənclər Forumu: köklərimizi hörmətlə yaşadaraq gələcəyimizi formalaşdırırıq” mövzusunda Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumu keçirilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti istiqamətində həyata keçirilən layihələr və görülən işlərdən danışıb. O, bu kimi forumların dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi, gənclərin təşkilatlanması və milli-mədəni dəyərlərin qorunması baxımından əhəmiyyətini vurğulayıb.

F.Muradov, həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri və Diaspor Gənclərinin Yay Düşərgələrinin gənclər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.

“Imperial College London” Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Hüseyn Quliyev, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü, Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov çıxış edərək, forumun əhəmiyyətindən, diaspor gənclərinin bir araya gəlməsinin vacibliyindən və belə platformaların gələcək əməkdaşlıqlar üçün yaratdığı imkanlardan danışıblar.

Çıxışlardan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin genişmiqyaslı layihələrindən birinə – Diaspor Gənclərinin Yay Düşərgələrinə aid videoçarx nümayiş olunub.

Forum panel müzakirələri ilə davam edib.

Forumda, həmçinin beynəlxalq təlimçi Nicky Moran tərəfindən “İctimaiyyət qarşısında çıxış” mövzusunda interaktiv təlim keçirilib.

Müzakirələr gələcək əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və diaspor fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsinin aparılması ilə davam edib. Sonra iştirakçılar sertifikatlarla təltif olunublar.

Əvvəlki Yazı

Atəşkəs başlayandan bəri İsrail Qəzza üzərində nəzarətini əhəmiyyətli dərəcədə genişləndirib

Növbəti Yazı

PAŞA Bank: Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında iştirak etməmişik

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.