İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alim onlayn qatıldığı simpoziumda “Osmanlı dövlətinə göndərilmiş bir hədiyyə: “Kəşfü’l Həqayiq” kitabı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müqəddəs kitabımız “Qurani Kərim”in Azərbaycan türkcəsində təfsirinin 3 cildlik nəşrinin Osmanlı sultanı II Əbdülhəmid xana göndərilməsini əks etdirən Osmanlı arxiv sənədlərindən bəhs olunub. Məruzəçi bu məlumatların 4 sənəddə qeyd olunduğunu bildirib, bəzi hissələrin tərcüməsini göstərib və H.Z.Tağiyevin xeyriyyəçilk fəaliyyəti haqqında geniş məlumat verib.