May 25, 2026-23:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

WUF13 qlobal gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü 

2026:05:25 - 17:03
in SİYASƏT
A A

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 təkcə beynəlxalq şəhərsalma tədbiri deyil, həm də qlobal siyasi-humanitar gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü. Tədbirin yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” isə dünyanın şəhərsalma, postmünaqişə bərpası, məcburi köçkünlərin reinteqrasiyası və dayanıqlı şəhər inkişafı ilə bağlı yeni yanaşmaları özündə əks etdirən strateji sənəd kimi xüsusi əhəmiyyət qazandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.

Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və qlobal problemlərin həllində artan rolunun növbəti təsdiqi oldu. Dünyanın 176 ölkəsindən 58 mindən artıq iştirakçının qatıldığı tədbir indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Bu göstərici təkcə tədbirin miqyası deyil, həm də Azərbaycanın təhlükəsiz, müasir və beynəlxalq əməkdaşlıq üçün etibarlı məkan kimi qəbul edilməsinin göstəricisidir.

“Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycan dövlətinə və xalqına göstərilən minnətdarlıq xüsusi diqqət çəkir. Sənəddə ölkəmizin innovativ WUF13-ə yüksək səviyyədə ev sahibliyi etməsi və nümayiş etdirdiyi səmimi qonaqpərvərlik vurğulanır. Bu məqam Azərbaycan xalqının milli-mədəni dəyərlərinin, tolerantlıq ənənələrinin və beynəlxalq əməkdaşlığa açıq siyasətinin qlobal səviyyədə etirafı kimi qiymətləndirilə bilər.

Diqqət çəkən digər mühüm məqam isə müharibə və urbisid anlayışına verilən xüsusi diqqətdir. Qeyd olunur ki, münaqişə və müharibələr məktəblər, xəstəxanalar, yaşayış evləri, ictimai infrastruktur kimi mülki obyektləri məhv etməklə yanaşı, ətraf mühitə və biomüxtəlifliyə də ciddi zərbə vurur. Bu, insanların evsiz qalmasına, qaçqın və ya məcburi köçkünə çevrilməsinə səbəb olur. Əslində bu müddəalar Azərbaycanın uzun illər ərzində üzləşdiyi reallıqların beynəlxalq səviyyədə etirafı kimi dəyərləndirilə bilər. Qarabağ bölgəsində şəhərlərin tamamilə dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi, ekoloji terror faktları və infrastruktura vurulan zərər məhz urbisidin ən açıq nümunələrindən biri idi. Sənəddə Azərbaycanın postmünaqişə dövründə bərpa sahəsində təcrübəsinin xüsusi qeyd olunması isə strateji əhəmiyyət daşıyan məqamdır. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma proqramları artıq beynəlxalq səviyyədə nümunə kimi qəbul edilir. Tamamilə dağıdılmış şəhər və kəndlərin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, yaşıl enerji zonalarının yaradılması və Böyük Qayıdış Proqramı dünya üçün mühüm model hesab olunur. Münaqişədən sonra bərpa və yenidənqurma səylərinin prioritetləşdirilməsi, eləcə də məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması məqsədilə əlaqələndirilmiş yanaşmanın vacibliyi vurğulanır. Bu çağırış xüsusilə Azərbaycan üçün mühüm siyasi və humanitar əhəmiyyət daşıyır. Çünki ölkəmiz otuz ilə yaxın müddətdə milyonlarla qaçqın və məcburi köçkün problemini yaşamış, indi isə onların doğma torpaqlarına qayıdışını təmin edən irimiqyaslı dövlət proqramı həyata keçirməkdədir”, – deyə Nicat İsmayılov qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, WUF13 çərçivəsində ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası beynəlxalq siyasi baxımdan xüsusi əhəmiyyət daşıdı. 27 dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiya artıq WUF13-ün sırf şəhərsalma müstəvisindən çıxaraq qlobal siyasi dialoq platformasına çevrildiyini nümayiş etdirdi. Bu təşəbbüs Azərbaycanın beynəlxalq təşkilatlar daxilində yeni diplomatik formatlar yaratmaq bacarığını və çoxtərəfli əməkdaşlığa verdiyi töhfəni ortaya qoydu. Bundan başqa, forum çərçivəsində təqdim olunan Bakı Şəhər Mükafatı da xüsusi önəm daşıyan təşəbbüslərdən biri oldu. Bu mükafat dayanıqlı şəhər inkişafı, innovativ urbanizasiya və sosial inklüzivlik sahəsində qabaqcıl təcrübələrin təşviqinə xidmət edir. Bakı Şəhər Mükafatının təsis edilməsi Azərbaycanın qlobal urbanizasiya siyasətində təşəbbüskar aktora çevrildiyini göstərir.

“WUF13 və onun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın beynəlxalq siyasi çəkisini daha da artıran mühüm hadisə kimi qiymətləndirilə bilər. Sessiya göstərdi ki, Azərbaycan artıq yalnız regional enerji və nəqliyyat layihələrinin iştirakçısı deyil, həm də qlobal humanitar, urbanizasiya və postmünaqişə inkişaf siyasətlərinin formalaşmasına töhfə verən dövlətlərdən biridir.

Bu gün dünya sürətlə urbanizasiya, iqlim dəyişiklikləri, münaqişələr və miqrasiya problemləri ilə üz-üzədir. Belə bir şəraitdə Bakıdan verilən çağırış qlobal həmrəylik, dayanıqlı inkişaf və humanitar məsuliyyət prinsiplərinə əsaslanan yeni beynəlxalq əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. “Bakı Fəaliyyətə Çağırış” məhz bu baxımdan gələcəyin şəhərlərinin necə qurulacağına dair strateji yol xəritəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi-diplomatik imkanlarının yeni göstəricisi kimi də tarixə düşür”, – deyə Nicat İsmayılov əlavə edib.

Əvvəlki Yazı

Bakı qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilib

Növbəti Yazı

WUF13 ölkəmiz üçün mühüm perspektivlər və yeni imkanlar müəyyənləşdirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.