Vaşinqton administrasiyası İsrailin şiə təşkilatı Hizbullaha qarşı hərbi əməliyyatları gücləndirmək qərarına gələcəyi təqdirdə onu dəstəkləməyə hazırdır. Bu barədə X-də Amerikanın Axios portalı İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid məlumat verib.
O qeyd edib ki, ABŞ rəsmisi “Tramp administrasiyasının Hizbullahın atəşkəs pozuntularına cavab olaraq İsrailin hərbi əməliyyatlarının gücləndirilməsini dəstəkləyəcəyini açıq şəkildə bildirib”. Rəsmi hesab edir ki, Hizbullah “son ultimatum da daxil olmaqla, İsrailə qarşı atəşin dayandırılması ilə bağlı dəfələrlə edilən çağırışlara məhəl qoymayıb”. Mənbə Vaşinqtonun mövqeyinə istinad edərək əlavə edib ki, “İsrailin heç vaxt öz qüvvələrinə və mülki şəxslərinə hücum edilərkən boş dayanması gözlənilməyəcək”. Rəsmi hesab edir ki, Hizbullah “Livan və İsrail arasında davam edən danışıqları pozmağa çalışır”.
ABŞ dövlət katibi Marko Rubio mayın 24-də bildirib ki, Vaşinqton Hizbullah rəhbərliyinin Livan hökumətinə qarşı çıxmaq çağırışlarını pisləyir. (Tass)
