Hindistan, Avstraliya, ABŞ və Yaponiyadan ibarət Dördtərəfli Təhlükəsizlik və İnkişaf Dialoqu (QUAD) Hind-Sakit Okean bölgəsində enerji təhlükəsizliyi ilə bağlı təşəbbüs irəli sürür. Bu barədə ABŞ dövlət katibi Marko Rubio Dördlüyün xarici işlər nazirlərinin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
“Enerji və yanacaq təhlükəsizliyi ilə bağlı olaraq, Hind-Sakit Okean regionunda enerji təhlükəsizliyi üzrə QUAD təşəbbüsünün başlandığını elan edirik”, – deyə o, “bu təşəbbüsün regional enerji dayanıqlığının artırılmasına töhfə vermək üçün nəzərdə tutulduğunu” izah edib.
Rubionun sözlərinə görə, “Bu təşəbbüs çərçivəsində tərəfdaş ölkələr texnologiya, idarəetmə, siyasətin formalaşdırılması, beynəlxalq bazar təhlili və fövqəladə hallara cavab tədbirləri təlimləri sahələrində perspektivli əməkdaşlıq sahələrini birgə müəyyən edəcəklər.”
Dövlət katibi bildirib ki, “Bu ilin sonlarında ABŞ Energetika Nazirliyi bu mövzuda işimizi inkişaf etdirmək üçün QUAD tərəfdaşlarını yanacaq təhlükəsizliyi forumunda qəbul edəcək”. (Tass)
