Aİ ölkələri Hörmüz boğazında təhlükəsiz naviqasiyanı təmin etmək üçün əməliyyatlarda “münaqişədən sonra deyil, proaktiv şəkildə” iştirak etməlidirlər. Bu fikri BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ifadə edərək, icmanı konkret tədbirlər görməyə çağırıb.
O, Avropanın “Politico” nəşrinə verdiyi şərhdə bildirib ki, “Avropa kollektiv dəniz təhlükəsizliyinin və boğazdan enerji və gübrələrin sərbəst axınının təmin edilməsində iştirak etməlidir, çünki bu, onların maraqlarına birbaşa təsir göstərir”.
Qarqaş həmçinin Aİ-ni münaqişənin bitməsini gözləməməyə, “tez hərəkətə keçməyə” çağırıb. O, həmçinin BƏƏ və Aİ ölkələrinin ticarət, texnologiya və müdafiə sahələrində “daha sıx əməkdaşlıq potensialına” malik olduğunu vurğulayıb. (Tass)
