İyun 7, 2026-17:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib

2026:05:26 - 10:20
in SİYASƏT
A A
Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycanın Pakistanda Səfirliyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan Demokratik Respublikasının keçdiyi müstəqillik yolundan bəhs edib.

O bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ADR dövründə parlament, hökumət və dövlət atributları formalaşdırılıb, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb və demokratik ənənələrin əsası qoyulub.

Səfir qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə öz suverenliyini qoruyub saxlayıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diplomat Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimad, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və Pakistan bir-birini həm ikitərəfli münasibətlərdə, həm də regional və beynəlxalq platformalarda daim dəstəkləyir.

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani isə çıxışında iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Pakistan beynəlxalq platformalarda bir-birini ənənəvi olaraq dəstəkləyir.

Tədbirin sonunda 28 May – Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş rəmzi tort kəsilib, xatirə şəkilləri çəkdirilib.

Əvvəlki Yazı

BƏƏ hesab edir ki, Aİ Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində daha proaktiv olmalıdır

Növbəti Yazı

WUF13 Azərbaycanın beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma oldu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.