BMT-nin yeni baş katibinin seçilməsi qlobal təşkilatın gələcək islahatlarına və üzv dövlətlərin maraqlarına təsir göstərir. Bunu Çinin xarici işlər naziri Vanq Yi TASS müxbirinin sualına cavab olaraq bildirib.
Çin xarici işlər naziri bildirib ki, “Növbəti Baş katibin seçilməsi BMT islahatlarının gələcəyi və üzv dövlətlərin praktik maraqları ilə bağlıdır”.
Onun sözlərinə görə, Çin hesab edir ki, növbəti baş katib ən azı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə qətiyyətlə riayət etməlidir. O, həmçinin vacib məsələlərdə ədaləti qorumağa qadir olmalıdır. Yeni BMT Baş katibi BMT islahatlarını düzgün yolda saxlamalıdır.
