İyun 23, 2025-21:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şamaxıda II Üzüm və Şərab Festivalı keçirilir

2023:11:25 - 12:54
in MƏDƏNİYYƏT
A A

Bu gün Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meysəri kəndində II Üzüm və Şərab Festivalı işə başlayıb.

“Report” xəbər verir ki, sabah başa çatacaq tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festivalda ölkəmizin müxtəlif bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları müxtəlif çeşidli şərablar nümayiş etdirir, şərabçılıqla bağlı müxtəlif tədbirlər – şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunur, qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdirilir.

Festival çərçivəsində yerli şərab istehsalı müəssisələrinin, Üzümçülük İnstitutu, “Azərbaycan Üzümçülük və Şərabçılıq Assosiasiyası” İctimai Birliyi, eləcə də turizm sənayesi nümayəndələrinin iştirakı ilə “Azərbaycanda şərab turizminin perspektivləri” mövzusunda dəyirmi masa keçiriəcək. Tədbirdə “Ölkə imicinin formalaşması mexanizmində enoturizm” və “Şərabçılığın bir turizm məhsulu kimi inkişafı texnikası” mövzularında müzakirələr aparılacaq.

Həmçinin festival çərçivəsində musiqili proqram və müxtəlif əyləncələr təşkil olunacaq, uzun illərdən sonra ilk dəfə Qarabağda – Tuğda yetişdirilən Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutacaq.

Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala bilirlər. Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq 1 000-dən çox insanın iştirakı nəzərdə tutulur.

Əvvəlki Yazı

Azərbaycan içki və sirkə ixracından gəlirlərini 3 dəfə artırıb

Növbəti Yazı

Azərbaycan XİN Bosniya və Herseqovinanı Milli Gün münasibətilə təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.