ABŞ prezidenti Donald Tramp hələ İranla mümkün yeni müqavilə barədə qərar verməyib. Bu barədə The New York Times (NYT) qəzeti ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müzakirə Ağ Evin Vəziyyət Otağında təxminən iki saat davam edən görüşdə baş tutub. Lakin NYT qeyd edir ki, prezident qəti qərar verməyib. (Tass)
