Hindistanın Müdafiə Satınalma Şurası (DAC) Fransaya 3,25 trilyon rupi (39,98 milyard dollar) dəyərində 114 Rafale qırıcı təyyarəsinin alınması üçün rəsmi sorğu təqdim edib. Bu barədə ANI xəbər agentliyi Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, tərəflər arasında danışıqlar 2027-ci ildə başa çatdıqdan sonra bu 4.5+ nəsil qırıcıların tədarükü üçün hökumətlərarası müqavilə imzalanacaq. Müqaviləyə əsasən, Hindistan 12-18 ədəd operativ Rafale qırıcısı alacaq, daha 97 qırıcı isə Cənubi Asiya respublikasında Fransanın Dassault Aviation şirkəti tərəfindən yerli tərəfdaşla əməkdaşlıq çərçivəsində istehsal olunacaq. Onların istehsalın başlanmasından üç il ərzində Hindistan Hərbi Hava Qüvvələri ilə silahlanmaya qəbul edilməsi gözlənilir.
