Radikal HƏMAS hərəkatı şənbə günü axşam Qəzza zolağında saxlanılan 20 girovu – 13 İsrail və 7 digər ölkə vətəndaşını azad edəcək. Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Doha və Qahirənin vasitəçiliyi sayəsində mübadilə sazişinin həyata keçirilməsində bütün maneələr aradan qaldırılıb.
:Müəyyən gecikmədən sonra hər iki tərəflə Qətər-Misir təmasları sayəsində məhbusların azad edilməsinə maneələr aradan qaldırılıb. Bu gecə 39 fələstinli mülki vətəndaş azad ediləcək, 13 israilli girov və daha 7 əcnəbi Qəzzanı tərk edəcək”, – əl-Ənsari X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. (Tass)