Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Diplomatik Məsələlər üzrə müşaviri Ənvər Qarqaş hesab edir ki, Yaxın Şərq ölkələri İranın həddindən artıq regional ambisiyalarının bədəlini ödəməməlidirlər, çünki İranın rolu ümumi təhlükəsizlik hesabına təmin edilə bilməz.
Qarqaş X-də yazıb: “Fars körfəzindən Yəmənə, Livana və İraqa qədər hamımız İranın şişirdilmiş regional ambisiyalarının bədəlini ödəyirik. Bölgədəki heç bir ölkənin rolu ümumi təhlükəsizlik, sabitlik və rifah hesabına başa gələ bilməz”.
Əmirlik rəhbərinin müşavirinin sözlərinə görə, hazırkı şəraitdə Yaxın Şərqdə beynəlxalq münasibətlər sisteminin yenidən nəzərdən keçirilməsi zəruridir. Qarqaş vurğulayıb ki, “suverenliyə hörmət, mehriban qonşuluq və digər dövlətlərin işlərinə qarışmamaq kimi aydın prinsiplərə əsaslanan yenidən nəzərdən keçirilmə zəruri və qaçılmazdır”. (Tass)
