İyun 2, 2026-21:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda “Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq” mövzusunda tədbir təşkil edilib

2026:06:02 - 16:47
in İQTİSADİYYAT
A A
Bakı Enerji Həftəsi 2026 çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) birgə təşkilatçılığı ilə “Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq: dayanıqlı gələcək naminə həllərin genişləndirilməsi” mövzusunda tədbir təşkil olunub.

“APA-Economics” xəbər verir ki, sessiyada təmiz enerji sahəsində innovasiyaların effektiv şəkildə genişləndirilməsi üçün əlverişli ekosistemlərin, maliyyə mexanizmlərinin və regional əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb.

Bu xüsusda daha güclü regional əməkdaşlıq, dəstəkləyici siyasət və maliyyə resurslarına çıxış imkanlarının artırılması ətrafında müzakirələr aparılıb.

Sessiyada açılış nitqi ilə çıxış edən CECECO-nun icraçı direktoru Aysel Yaqubova təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsinin əlverişli siyasi mühit, maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb etdiyini vurğulayıb. O qeyd edib ki, bu sessiya aidiyyəti tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və regionda yaşıl enerjiyə keçid prosesini dəstəkləmək məqsədilə səylərin müzakirə edilməsinə xidmət edəcək.

Sessiyada Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera təmiz enerji innovasiyaları, investisiya ehtiyacları və yeni texnologiyalar üzrə qlobal perspektivləri bölüşüb. Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov isə ölkənin təmiz enerji sektoruna dair strateji baxışını, bərpa olunan enerji mənbələrinin inkişafı və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.

ADA Universitetininh prorektoru, Milli Məclisin üzvü Fariz İsmayılzadənin moderatorluğu ilə aparılan panel müzakirələrində innovasiyaların konkret və investisiya baxımından cəlbedici layihələrə çevrilməsi yollarını araşdıran panel müzakirəsi keçirilib. Pakistan İslam Repsulbikası, “SOCAR Green”, “bp Azerbaijan”, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Asiya İnkişaf Bankının nümayəndələri təmsil etdikləri ölkə və qurumların bu sahədə təcrübələrini, həyata keçirilən uğurlu layihələri və meydana çıxan çətinliklərə tətbiq olunan innovativ həll yollarını bölüşüblər. Sessiya auditoriyanın suallarının cavablandırılması, qarşılıqlı müzakirələr və moderatorun yekun nitqi ilə başa çatıb.

Əvvəlki Yazı

Magyar tezliklə Zelenski ilə görüşməyi planlaşdırır

Növbəti Yazı

Finlandiya Rusiyanın 3,7 milyon avroluq vəsaitini müsadirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.