Macarıstanın yeni Baş naziri Peter Magyar, iki ölkə Transkarpatiyada macar azlığının hüquqlarının bərpası ilə bağlı razılığa gələrsə, gələn həftə Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Hökumət başçısı bu məsələlər üzrə danışıqların tezliklə uğurlu olacağına ümid etdiyini bildirib.
“Hazırda Ukrayna və Macarıstan arasında Ukraynada yaşayan macar azlığının dil, mədəni və təhsil hüquqları ilə bağlı danışıqlar aparılır. İndiyə qədər bu danışıqlarda ümidverici irəliləyişlər müşahidə olunub. Ümid edirik ki, bu həftə ekspertlər səviyyəsində danışıqları başa çatdıra biləcəyik”, – deyə Magyar Almaniya kansleri Fridrix Merts ilə görüşdən sonra Berlində keçirilən mətbuat konfransında bildirib.
Macarıstanın baş naziri qeyd edib ki, “Əgər fundamental insan haqları ilə bağlı razılığa gələ bilsək, gələn həftənin əvvəlində Ukrayna prezidenti Zelenski ilə görüşməyə hazır olduğumu təsdiqləyə bilərəm”. (Tass)
