Şiə təşkilatı Hizbullahın əlindəki silahların taleyi məsələsi İranın sülh prosesində iştirakı olmadan həll edilə bilməz. Yaxın Şərqdə hərbi və strateji məsələlər üzrə aparıcı ərəb analitiki hesab edilən general Naci Maliaib bu fikri TASS müxbirinə verdiyi müsahibədə bildirib.
Mənbə bildirib ki, “İslam Müqavimət qüvvələri Tehranın onlara verdiyi İran istehsalı olan raketlər və dronlarla silahlanıb. Buna görə də, [İsrail ilə] sülh razılaşmaları əldə edilərkən gələcəkdə bu arsenaldan necə istifadə ediləcəyi barədə qərar İranın ixtiyarındadır.”
Ekspert təklif edib ki, müəyyən şərtlər daxilində şiə milislərinin üzvləri Livan silahlı qüvvələrinə inteqrasiya oluna bilər. “Bu halda, 1990-cı illərdə vətəndaş müharibəsindən sonra Livan siyasi partiyalarının hərbiləşdirilmiş qüvvələrinin əlində silahlar olduğu kimi, Hizbullahın arsenalının Livan ordusuna verilməsi mexanizmini müzakirə etmək mümkün olardı”, – deyə o vurğulayıb. (Tass)
