16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı, nizamnaməsi təsdiqləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən agentliyin nizamnaməsi təsdiqlənib.

Nizamnaməyə əsasən agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin tərkibi 4 (dörd) üzvdən – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir.

Agentliyin nizamnamə fondunun məbləği 442 498,00 (dörd yüz qırx iki min dörd yüz doxsan səkkiz) manatdır.

Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.