Həftəlik The Observer qəzeti hərbi əməliyyatlar nəticəsində əzalarını itirmiş ukraynalı hərbçilərin sayının 50 minə çata biləcəyini yazır.
Nəşr qeyd edib ki, Ukrayna hakimiyyətinin rəsmi hesablamalarında 20 min amputasiyadan danışılır, lakin reallıqda bu rəqəm daha çoxdur. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin əzalarını itirmiş hərbçilərin sayı Almaniyadakı rəqəmlərə (67 min nəfər) yaxınlaşır və Birinci Dünya Müharibəsi illərində Böyük Britaniyanın (41 min nəfər) göstəricilərini üstələyir. (Tass)