129 min litr yanacaq və 80 min litr benzin olan 6 yanacaq tankeri Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən Fələstinin Qəzza zolağına daxil olub. Bu barədə Al Ekhbariya telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, tankerlər anklav ərazisinə daxil olmaqda davam edir. Bundan əlavə, 11 təcili yardım maşını və 3 avtobus Misir ərazisindən sektorun şimalında yerləşən Əl-Şifa tibb kompleksinə yola düşüb. Onların yerində lazımi yardım göstərəcəkləri və İsrail qüvvələri tərəfindən mühasirəyə alınan xəstəxanadan xəstələrin çıxarılması əməliyyatında iştirak edəcəkləri bildirilir.
Telekanalın məlumatına görə, humanitar atəşkəs rejiminin tətbiq olunduğu iki gün ərzində humanitar yardım daşıyan 200-ə yaxın yük maşını Qəzzaya keçib. (Tass)