Fələstinin HƏMAS radikal hərəkatı bu yaxınlarda İsrailin Qəzza zolağında atəşkəs şərtlərini pozması ilə bağlı öz etirazını vasitəçilərə göndərib.
Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.
Daha əvvəl Əl-Qahira Əl-Əxbariyyə telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Misir və Qətər anklavda humanitar atəşkəsi uzatmaq üçün intensiv məsləhətləşmələr aparır. (Tass)