Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə cavabı sistemli olacaq və artıq belədir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ərəfəsində Rusiyanın Sankt-Peterburqa dron hücumuna necə cavab verməyi planlaşdırdığı ilə bağlı sualı cavablandırarkən deyib: “Xarici İşlər Nazirliyinin cavablarımızın sistemli olacağını bildirən açıqlamasını xatırlatmaq istərdim. Əslində, onlar artıq belədir”. (Tass)
