Yəmən sahillərində şübhəli qaçırma səbəbilə tanker Central Park ilə əlaqə kəsilib. Bu barədə Türkiyənin Dəniz İşləri Baş İdarəsi məlumat yayıb.
“Zodiac Maritime şirkətinə məxsus kimyəvi tanker Central Park Yəmən sahillərində Ədən körfəzində olarkən, bu gün səhər onunla əlaqə kəsilib. Bütün bu müddət ərzində əlaqə qurmaq mümkün olmayıb. Gəminin qaçırılmış olduğu güman edilir”, – məlumatda deyilir.
Gəmidə türk dənizçiləri var.
Daha əvvəl Associated Press dəniz təhlükəsizliyi şirkəti Ambrey və Zodiac Maritime-a istinadən xəbər vermişdi ki, gəmidə Bolqarıstan, Rusiya, Vyetnam, Hindistan, Gürcüstan və Filippin vətəndaşları olub. (Tass)