ABŞ prezidenti Donald Tramp “New York Post”qəzetinə verdiyi müsahibədə İsrailin Baş naziri Binyamin Netanyahu ilə sonuncu telefon danışığı zamanı ədəbsiz ifadələr işlətdiyini və onu “lənətə gəlmiş dəli” adlandırdığını təsdiqləyib.
Tramp İsrail baş naziri haqqında bu cür şərhlərin səbəblərindən danışarkən qeyd edib ki, “Mən onun Livanla davam edən düşmənçiliyindən bir az narahat idim”.
Eyni zamanda, ABŞ prezidenti əlavə edib ki, Netanyahu ilə məhsuldar əməkdaşlıq etməyə davam edir və İsrail hökumətinin başçısına qarşı hələ də xoş hisslər bəsləyir. Tramp vurğulayıb ki, “Mən müharibə dövrünün prezidentiyəm. O, müharibə dövrünün baş naziridir”. (Tass)
