Ermənistanın Baş naziri Nikol Paşinyan iyun ayında keçirilən parlament seçkilərində yenidən seçildikdən sonra Ermənistanın Rusiyaya ixracı ilə bağlı bütün məsələləri həll edəcəyinə və hətta Avrasiya İqtisadi Birliyinə ixracı artıracağına söz verir. O, bu vədi ölkənin şərqindəki Geğarkunik bölgəsinin sakinləri ilə görüşdə verib. Görüş yerli televiziya kanallarında canlı yayımlanıb.
“Ermənistan bibər, qızılgül və ərik yetişdirəcək. Həm də çox miqdarda. İxrac ikiqat, üçqat və dördqat artacaq, o cümlədən AİB ölkələrinə”, – deyə Ermənistan hökumətinin başçısı əmin edib və əlavə edib ki, yenidən seçildikdən sonra “gedib bütün mövcud problemləri həll edəcək”.
Ermənistanın baş naziri həmçinin 1 iyunda Rusiya prezidenti ilə telefon danışığından danışaraq, onun isti və mehriban bir atmosferdə keçdiyini, çünki “çox mehriban və isti münasibətlər” inkişaf etdirdiklərini bildirib. (Tass)
