İyun 4, 2026-1:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına başlanılıb

2026:06:03 - 15:34
in MƏDƏNİYYƏT
A A

“Borçalı” İctimai Birliyi “Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin əsas məqsədi ölkəmizin müstəqillik uğrunda mübarizəsində, torpaqlarımızın erməni işğalından azad olunmasının döyüşlərdə iştirakçısı Borçalı əsilli soydaşlarımızın – şəhid və qazilərimizin həyat-döyüş yolunu araşdırmaq, toplanmış materialları kitablaşdırmaq, onların I və II Qarabağ müharibələrində göstərdikləri qəhrəmanlıqları vətənpərvərlik nümunəsi olaraq təbliğ etmək, həmçinin çağdaş Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə ictimai dəstək verməkdir.

İctimai birliyin sədri, Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Dəyanət Osmanlı AZƏRTAC-a bildirilib ki, Gürcüstanda icra ediləcək 2 aylıq layihənin ideyası dövlətimizin Qarabağ müharibəsi şəhidlərinə böyük ehtiramından, şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına göstərdiyi diqqətdən qaynaqlanır. “Layihə çərçivəsində şəhid soydaşlarımızın, qazilərin döyüş yolundan, habelə Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən bəhs edən irihəcmli 1 kitab nəşr olunacaq və Gürcüstanda təqdimat mərasimi keçiriləcək. Zəfər tariximizin yazılmasında misilsiz xidmətlər göstərmiş soydaşlarımızın həyat-döyüş salnaməsinin cəmiyyətə təqdim olunması, problem və qayğılarının həllində təşəbbüslər göstərilməsi nəzərdə tutulur. Eyni zamanda I və II Qarabağ müharibəsində iştirak etmiş soydaşlarımızın qəhrəmanlıq salnaməsinin ictimaiyyətə çatdırılması, Ermənistanın işğal dövründə törətdiyi dağıntılar barədə məlumatların Gürcüstan ictimaiyyətində və mediasında yayılması da nəzərdə tutulur.

Təşəbbüsün nəticəsində soydaşlarımızın, qeyri-hökumət təşkilatlarının və tədqiqatçıların Vətən müharibəsi, Azərbaycanın qazandığı Zəfər və regionda formalaşan yeni reallıqlar barədə daha dolğun məlumat əldə etmələri, eyni zamanda Azərbaycan və Gürcüstanın vətəndaş cəmiyyəti qurumları arasında yeni əməkdaşlıq əlaqələrinin yaradılması gözlənilir,- deyə Dəyanət Osmanlı diqqətə çatdırıb.

Əvvəlki Yazı

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Növbəti Yazı

Akademik Musiqili Teatrın “Buratino” tamaşası Sumqayıtda

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.