Livanda İsrailə qarşı qoyulan minimum tələb İsrail ordusunun 27 fevralda tutduğu mövqelərə geri çəkilməsidir. Bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin komandiri general-mayor İsmayıl Qaani bildirib.
“Müqavimət qüvvələrinin minimum tələbi İsrail rejiminin 40 günlük müharibə başlamazdan əvvəl tutduğu mövqelərə geri çəkilməsidir (İranla ABŞ və İsrail arasında 28 fevralda başlayan müharibəyə istinad edilir )”, – deyə Fars xəbər agentliyi onun sözlərini sitat gətirir. (Tass)
