İyun 4, 2026-22:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Məktəb, elm və ədəbiyyat” layihəsi uşaqlarda mütaliə sevgisini gücləndirir

2026:06:04 - 16:19
in GÜNDƏM
A A

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Mədəniyyət Nazirliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Məktəb, elm və ədəbiyyat” layihəsinin növbəti görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimovanın ideya müəllifliyi və təşəbbüsü ilə həyata keçirilən tədbirin məqsədi məktəblərdə mütaliənin təşviqi, uşaqların yazıçılar və alimlərlə birbaşa ünsiyyətinin qurulması, şagirdlərə oxu mədəniyyətinin aşılanmasıdır.

Əvvəlcə iştirakçılar məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra alimlər və yazarlar məktəb kitabxanasına kitablar hədiyyə ediblər.

Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev belə görüşlərin uşaqların mütaliəyə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, kitabın məktəb həyatında yenidən əsas mövqeyə qayıtması üçün müəllimlərin, valideynlərin və ictimaiyyətin birgə səylərinə ehtiyac var.

AMEA prezidenti akademik İsa Həbibbəyli çıxışında uşaqlıq xatirələrinə qayıdaraq ilk dəfə dörd yaşında “Göyərçin” jurnalını oxuduğunu və həmin jurnalın onda mütaliəyə böyük maraq yaratdığını bildirib. İsa Həbibbəyli Azərbaycan maarifçilik tarixinin mühüm mərhələlərindən danışaraq XIX əsrin ikinci yarısını milli düşüncənin formalaşdığı, təhsilin və mədəniyyətin inkişaf etdiyi dövr kimi xarakterizə edib. O, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və digər maarifçi ziyalıların Azərbaycan cəmiyyətinin inkişafındakı xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, bu şəxsiyyətlərin irsi bu gün də məktəb, elm və ədəbiyyat sahəsində aparılan işlərin ideya əsaslarından biri olaraq qalır.

Layihənin rəhbəri Elnarə Akimova “Məktəb, elm və ədəbiyyat” layihəsinin yaranma məqsədindən və onun əsas ideya xəttindən danışıb. O bildirib ki, layihənin başlıca hədəfi region məktəblərində mütaliə mühitini gücləndirmək, uşaqları yazıçı və alimlərlə birbaşa ünsiyyətə gətirmək və kitabı yenidən gündəlik həyatın vacib bir hissəsinə çevirməkdir. Elnarə Akimova qeyd edib ki, müasir dövrdə informasiya bolluğu içində böyüyən uşaqlar üçün kitab oxuma vərdişinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Deputat vurğulayıb ki, layihə təkcə bir tədbir silsiləsi deyil, eyni zamanda, davamlı bir maarifçilik hərəkatıdır. Onun sözlərinə görə, məktəb, yazıçı və elmin bir platformada birləşməsi uşaqların dünyagörüşünün formalaşmasına, onların ədəbiyyata marağının artmasına ciddi təsir göstərir.

Milli Məclisin deputatı Mehriban Vəliyeva tədbirdə iştirak edən məktəblilərin fəallığını yüksək qiymətləndirib. O qeyd edib ki, uşaqlarda kitaba olan marağı və sevinc hissini görmək təqdirəlayiqdir.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə çıxışında kitabın və mütaliənin təbliğinin dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, nazirliyin bu kimi layihələrə dəstəyinin davam edəcəyini vurğulayaraq, Elnarə Akimovanın təşəbbüsünün əhəmiyyətini xüsusi qeyd edib.

Daha sonra yazarlar Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Elsevər, Əziz Sultan, İbrahim İlyaslı və Elvin Əlizadə uşaqlarla səmimi söhbət apararaq oxumağın, yazmağın və mütaliənin insan həyatındakı rolundan danışıblar.

Tədbirin sonunda məktəbin direktoru Qönçə Səftərova çıxış edərək qonaqlara və təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, belə görüşlər məktəblilərin dünyagörüşünün formalaşmasında, onların elmə və ədəbiyyata marağının artırılmasında mühüm rol oynayır.

Əvvəlki Yazı

Politoloq: Azərbaycan nümunəsi neft-qaz ölkələri ilə bağlı stereotipləri təkzib edir

Növbəti Yazı

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.