Ermənistan Müdafiə Nazirliyi bu günlərdə ölkəyə qayıdan vətəndaşlara 25 günlük hərbi təlim üçün çağırış göndərildiyini təsdiqləyib.
Müxalifət nümayəndələri əvvəllər də bu barədə siqnal verərək, Ermənistan hakimiyyətinin vətəndaşları qorxutmağa və onların 7 iyuna təyin olunmuş parlament seçkilərində iştirak etmələrinin qarşısını almağa çalışdığını qeyd etmişdilər. Bu, xüsusilə Rusiyadan vətənə qayıdan vətəndaşlara aiddir.
Nazirliyin Telegram kanalında yayılan açıqlamada deyilir: “Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisi, qanunla ona verilən səlahiyyətlər çərçivəsində Ermənistan Respublikasının sərhəd keçid məntəqələrində də daxil olmaqla, öz vəzifələrinin yerinə yetirilməsini təmin etmək məqsədilə hərbi xidmətə cəlb olunan vətəndaşların qeydiyyatı, onların məcburi hərbi xidmətə çağırılması və ehtiyatda olanların təlim fəaliyyətlərinə cəlb edilməsi prosesində hərbi komissarlıqlara dəstək göstərməyə yönəlmiş xidmət həyata keçirir”. (Tass)
