Rusiya İran münaqişəsinə son qoymaq üçün əlindən gələni etməyə hazırdır. Rusiya Prezidenti Vladimir Putin bunu TASS tərəfindən aparıcı qlobal xəbər agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə bildirib.
“Müəyyən maneələrə baxmayaraq, hazırda atəşkəsin qüvvədə olmasını alqışlayırıq. Və bu vəziyyətin münaqişənin bütövlükdə həllinə kömək etməsi üçün əlimizdən gələni edirik. Bütün dostlarımızla əlaqə saxlayırıq. Təkrar edirəm: münaqişəyə son qoymaq üçün köməyimiz lazım olarsa, əlimizdən gələni edəcəyik”, – deyə o bildirib.
