İyun 21, 2025-16:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Tacikistan ticarət əlaqələrini intensivləşdirir

2023:11:27 - 10:35
in İQTİSADİYYAT
A A
Azərbaycan və Tacikistan arasında ticarət əlaqələrinin intensivləşdirilməsi müzakirə olunub.

“Report”un İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, bu barədə Agentliyin icraçı direktoru Yusif Abdullayevin Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Camşed Cumaxonzoda ilə görüşündə bildirilib.

Məlumata görə, görüşdə Y. Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ölkə iqtisadiyyatına qeyri-neft investisiyalarının cəlb olunması çərçivəsində görülən işlər haqqında məlumat verib. Tərəflər SPECA Həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilmiş “SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf naminə regional əməkdaşlıq” tədbirinin əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.

İkitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən ticarət mübadiləsinin artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb, bu istiqamətdə sentyabr ayında AZPROMO-da olan Tacikistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin fəaliyyəti yüksək qiymətləndirilib.

C. Cumaxonzoda təmsil etdiyi qurumun Tacikistanda ən böyük təşkilat olduğunu bildirərək, Palata haqqında ətraflı məlumat verib, Palatanın fəaliyyətini tənzimləyən qanuna gözlənilən dəyişikliklərin edilməsi haqqında danışıb.

Palatanın sədri Tacikistanın ölkə stendi ilə təmsil olunduğu SPECA Sərgisinin yüksək səviyyəli təşkilatçılığını qeyd edərək, sözügedən təşəbbüsün ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli platforma kimi xidmət etdiyini diqqətə çatdırıb.

Görüşdə mövcud birgə müəssisələrin, xüsusilə açılışı 2021-ci ildə Düşənbədə baş tutan kompozit boru istehsalı zavodunun fəaliyyəti vurğulanıb. Sonda C. Cumaxonzoda AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətlərini Tacikistanda keçirilən sərgilərdə aktiv iştirak etməyə dəvət edib.

Əvvəlki Yazı

Azərbaycan Amerika qitəsinin ən böyük kitab festivalında təmsil olunur

Növbəti Yazı

Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.