İyun 5, 2026-22:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

2026:06:05 - 16:34
in MƏDƏNİYYƏT
A A

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qeydiyyat 18 – 29 iyun tarixlərində təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə aparılacaq.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər istiqamətlərdən yalnız birinin Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçə bilərlər. İstiqamətlər üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları artıq nəşr olunub. Ümumi (9 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün də qeydiyyat 18 – 29 iyun tarixlərində aparılacaq.

“Abituriyent” jurnalının xüsusi buraxılışlarında qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.

Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.

Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Əvvəlki Yazı

Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı oldu

Növbəti Yazı

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.