Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana qayıdıb.
Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, ilk zəvvar təyyarəsində 180 nəfər olub.
“Bu gün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla 15:50-də Bakıya yola düşəcək. 165 nəfərlik təyyarə axşam saatlarında Bakıya çatacaq”, – Vüsal Cahangirli vurğulayıb.
