İyun 8, 2026-1:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Nadejda İsmayılova: “Dalğa” zirvədir

2026:06:07 - 13:33
in MƏDƏNİYYƏT
A A

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə Azərbaycanın Əməkdar jurnalisti, televiziya aparıcısı, yazıçı, publisist və ssenarist Nadejda İsmayılova ilə “Yubiley ilində yaradıcılıq görüşü” keçirilib.

AZƏRTAC xəbər verir, görüş zamanı 90 illik ömür yolunda topladığı zəngin təcrübəni iştirakçılarla bölüşən Nadejda İsmayılova jurnalistikaya gəldiyi ilk illərdən, çalışdığı layihələrdən və yaddaşında iz qoyan hadisələrdən, o cümlədən kino sahəsindəki fəaliyyətindən söhbət açıb. İştirakçılar N.İsmayılovanın zəngin təcrübəsi və həyat yolu ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

İxtisasca filoloq olsa da hər zaman jurnalist olmaq istədiyini qeyd edən N.İsmayılova artıq məktəb illərindən bununla bağlı qərar verdiyini deyib. Televiziyanın onu valeh etdiyini, sonradan həyat yoldaşı Rasim İsmayılovun sayəsində kino ilə məşğul olmağa başladığını bildirib. O, fəaliyyətində hər zaman bir prinsipə əməl etdiyini vurğulayıb: auditoriyası, izləyicisi ilə eyni dalğada olmaq.

Görüş zamanı, həmçinin N.İsmayılovanın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən videokadrlar, ssenari müəllifi olduğu filmlərdən qısa fraqmentlər nümayiş etdirilib.

Görüşdən sonra AZƏRTAC-ın müxbirləri ilə həmsöhbət olan Nadejda İsmayılova bildirib ki, geriyə baxanda və fəaliyyətinə nəzər salanda daha çox “Dalğa” verilişinin onu qürurlandırdığını deyib:

“Bu, təkcə mənim fikrim deyil, tamaşaçılar da hesab edir ki, “Dalğa” zirvədir. Həmin veriliş sosial ədalətin, həqiqətin zirvəsidir. Ölkənizin ağrı-acısını onunla birlikdə yaşadığınız, keçirdiyi çətinlikləri özünüzünkü hesab etdiyiniz zaman sadəcə emosional narahatlıq keçirmirsiniz, eyni zamanda, nəyinsə dəyişməsi, problemlərin həll olunması və həqiqətin üzə çıxması üçün çalışırsınız. Mənim üçün ən böyük dəyər və yaradıcılıq fəaliyyətimin zirvəsi də məhz budur. Qalan işlərimə gəlincə, etdiyim hər şeyi sevirəm. Onların bəyənib-bəyənilməməsinə mən yox, tamaşaçı qərar verməlidir”, – deyə N. İsmayılova vurğulayıb.

Peşə fəaliyyəti dövründə onu ən çox təsirləndirən hadisələrdən danışan Nadejda İsmayılova bildirib ki, yaddaşında silinməz iz qoyan məqamlar çox olub. O, xüsusilə Bakıda komendant saatı tətbiq olunan gərgin dövrü xatırladıb: “Belə hadisələr yetəri qədərdir, ancaq ən çox yaddaqalan məqamlardan biri Bakıda komendant saatı dövründə yaşananlar idi. Həmin vaxt şəhərdə hökm sürən ab-hava, insanların keçirdiyi hisslər və ümumi vəziyyət mənə çox güclü təsir göstərmişdi. O illərdə şahidi olduğum bəzi mənzərələr bu gün də gözlərimin önündədir. Bunlar insanın ömrünün sonuna qədər unutmadığı xatirələrdir”.

Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova Nadejda İsmayılova haqqında deyib: “O, insanlara qarşı çox mehriban və diqqətlidir. Nadejda xanım neçə illər həyat yoldaşı Rasim İsmayılovla birgə bizim qonşumuz olublar. Sonra mən oradan köçdüm, amma mən heç vaxt unuda bilməyəcəyim bir hadisəyə şahid olmuşdum. Bunu heç Nadejda xanım da bilmir. Rasim İsmayılov dünyasını dəyişəndən sonra Nadejda xanım eyvanda şalı çiyninə salıb sürətlə o tərəfə, bu tərəfə gedirdi. Mən onda bildim ki, Nadejda xanım həyatının bəlkə də əsl mənasını itirib. Bu gün də Rasim İsmayılov haqqında danışanda, mən hiss eləyirdim bu illərdə, onun qəlbində, onun hər bir hüceyrəsində Rasim İsmayılov yaşayır. Onu yaşadan ailəsinə sevgisi, qızı Cəmiləyə, nəvələrinə olan məhəbbətidir, bir də onun əsərləri.

Qonşu olsaq da, təəssüflər olsun ki, Nadejda xanımla bir layihədə işləməmişəm. Mən çox şadam ki, bu yaşında Nadejda İsmayılova öz həyatsevərliyini, öz gözəlliyini, öz təravətini və işləmək həvəsini qoruyub saxlayıb. Mən ona ancaq uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram”.

Əməkdar artist, teleaparıcı Nailə İslamzadə Nadejda İsmayılovanı 43 ildir tanıdığını və vaxtilə birlikdə işlədiklərini bildirib: “Uzun müddət Azərbaycan Televiziyasında işləmişik. Keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) işləyəndə, Multimedia Mərkəzinin rəisi idim, eyni zamanda, “Kultura Plyus” internet televiziyasını mənə tapşırmışdılar. Nadejda xanımı rus dilində verilişlər olan redaksiyaya dəvət etdim. Orada bir çox nəzərəçarpan işlər ərsəyə gətirdik.

Nadejda İsmayılova adı jurnalistikamıza çox böyük hərflərlə yazılmış, publisistdir, kino-dramaturqdur. Çox yaxşı ssenariləri var, yazıçıdır, televiziya aparıcısıdır. O, o qədər böyük təcrübəyə sahibdir ki, mən düşünürəm, universitetlərdə, jurnalistika fakültəsində oxuyanlar, ümumiyyətlə, bütün jurnalistlər onun yaradıcılığını araşdırmalı və öyrənməlidirlər. Nadejda xanım həm də hər bir cəhətdən əvəzolunmaz dərəcədə gözəl insandır. Ona cansağlığı arzulayıram. Çox istəyərdim ki, bundan sonra da o, gözəl filmlər hazırlasın, kitablar yazsın. Allah ona cansağlığı versin ki, hələ yenə də bu verilişləri aparsın”.

Əvvəlki Yazı

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Növbəti Yazı

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.