Rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan Partiyasının idarə heyətinin üzvü və partiya liderinin qardaşı oğlu, Güclü Ermənistan blokunun seçki siyahısına rəhbərlik edən Narek Karapetyan bildirib ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan parlament seçkilərində uduzur.
“Əziz vətəndaşlar, Ermənistanda parlament seçkiləri başa çatdı. Tarixən yüksək fəallıq bizə Paşinyanın uduzduğunu göstərir”, – deyə o, Facebook-da dərc olunmuş videomüraciətdə bildirib.
O, həmçinin vurğulayıb ki, blokun aydın qələbə qazanması üçün Mərkəzi Seçki Komissiyasının saxtakarlığı istisna etmək üçün səslərin sayılmasını yaxından izləməsi vacibdir. “Qələbəmiz çox yaxındır, əmin olun”, – Karapetyan bildirib. (Tass)
