İyun 8, 2026-22:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

2026:06:08 - 15:19
in SİYASƏT
A A

Hər bir millətin taleyində elə bir həlledici zaman kəsiyi olur ki, orada, sadəcə, təqvim vərəqləri dəyişmir, bütöv bir xalqın varlığı, müstəqilliyi və gələcəyi ölüm-dirim sınağına çəkilir. Azərbaycan xalqı üçün XX əsrin sonları məhz belə bir qanlı və ağrılı sınaq meydanı idi. İkinci dəfə qazanılan dövlət müstəqilliyinin ilk illəri özü ilə sanki idarəolunmaz bir xaos və anarxiya gətirmişdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O bildirib ki, 1987-ci ilin payızında imperiya rəhbərliyinin anti-Azərbaycan siyasətinə etiraz edərək istefa verən dahi siyasətçi Heydər Əliyevin böyük idarəçilik səhnəsindən uzaqlaşdırılması xalqımızın faciələrinin başlanğıcı oldu. Onun gedişindən cəmi iki həftə keçməmiş erməni şovinistlərinin Qarabağ iddialarını qaldırması və sovet iqtidarının buna rəvac verməsi düşmənin necə böyük bir qüvvədən qorxduğunun bariz sübutu idi. Əgər o illərdə müdrik rəhbər respublikanın sükanı arxasında olsaydı, nə bədnam qonşularımız belə bir çirkin təxribata cürət edərdi, nə də xalqımız 20 Yanvar, Xocalı kimi qanlı qırğınları yaşayardı. Şuşa və Laçının xəyanət qurbanı olmasına imkan verilməz, torpaqlarımızın iyirmi faizi qəsb edilməzdi. Təəssüf ki, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan şəxslərin gətirdiyi bəlalar xalqı acınacaqlı və acı bir vəziyyətə saldı.

“Canından artıq sevdiyi millətinin fəryadına biganə qala bilməyən Ümummilli Lider böyük strateq Heydər Əliyev1993-cü il iyunun 9-da Bakıya gələrək xilaskarlıq missiyasını öz çiyinlərinə götürdü. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər Heydər Əliyev parlament kürsüsündən bütün dünyaya bəyan etdi ki, ömrünün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycanın müstəqil bir dövlət kimi inkişaf etməsinə həsr edəcək. O, müstəqilliyimizin 1918-ci ildə yaranmış ilk Demokratik Respublikanın ənənələri əsasında, müasir dünyanın tələblərinə uyğun qorunacağını vurğulayaraq millətinə sarsılmaz bir inam bəxş etdi.

Bu böyük qayıdışla ölkədə vətəndaş həmrəyliyinin və ictimai-siyasi sabitliyin polad təməlləri quruldu. Dahi rəhbər yaxşı bilirdi ki, sabitlik olmayan yerdə heç bir tərəqqidən, iqtisadi və ya sosial proqramdan söhbət gedə bilməz. Onun qətiyyəti sayəsində qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyuldu, asayiş bərqərar edildi və insanların öz dövlətinə olan inamı qaytarıldı. Dağınıq dəstələrin yerində nizami bir ordu formalaşdırıldı və Qarabağ müharibəsində strateji atəşkəsə nail olunaraq diplomatiya cəbhəsində qələbələrin əsası qoyuldu. 1994-cü ildə imzalanan tarixi neft müqavilələri ilə Azərbaycanın iqtisadi dirçəlişinin bünövrəsi atıldı, ölkəmiz beynəlxalq aləmdə müstəqil siyasi iradə nümayiş etdirən etibarlı tərəfdaş kimi tanındı. Milli liderliklə siyasi liderlik keyfiyyətlərini öz şəxsiyyətində unikal şəkildə birləşdirən Heydər Əliyev dərin biliyi, uzaqgörənliyi, tükənməz səbri və mahir diplomatik dühası ilə gələcək böyük zəfərlərin strategiyasını hələ o illərdə cızırdı. Onun ən böyük, ən müqəddəs arzusu isə Azərbaycanı bütöv görmək, Şuşada, Laçında, Qarabağın hər bir qarışında üçrəngli Bayrağımızı dalğalandırmaq idi. Məcburi köçkünlər qarşısında çıxış edərkən böyük bir uzaqgörənliklə “İnanın ki, gedəcəyik!” deyən Ulu Öndərin bu vəsiyyəti və arzuları yarımçıq qalmadı”, – deyə Ə.Ələkbərli vurğulayıb.

Deputat əlavə edib ki, bu gün dahi rəhbərin siyasi kursunu misilsiz bir uğurla davam etdirən və zənginləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən dinamik inkişaf edən, modern və qüdrətli dövlətlərindən birinə çevrilib. Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu strategiyası bu gün Silahlı Qüvvələrimizi dünyanın ən güclü əlli ordusu sırasına yüksəldib. Bu qüdrətin məntiqi nəticəsi olaraq, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərlə ata vəsiyyəti ən uca zirvədə yerinə yetirildi. Dövlətimizin başçısının Şuşanın azad olunduğu müqəddəs gündə “Gözün aydın olsun, Azərbaycan! Bu gün Ulu Öndərin ruhu şaddır!” fikri bütöv bir qurtuluş fəlsəfəsinin tarixi təntənəsi idi. Bu gün Şuşada, Laçında, Ağdamda, Xankəndidə, Kəlbəcərdə əzəmətlə dalğalanan Bayrağımız, alovlanan Novruz tonqalları və Böyük Qayıdışın gətirdiyi canlanma Heydər Əliyev ideyalarının əbədiyaşarlığının rəmzidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil iradəsini və prinsipial mövqeyini bütün dünyaya qəbul etdirən müasir Azərbaycan, məhz Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir.

Əvvəlki Yazı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir 

Növbəti Yazı

Azərbaycan və Danimarka səhiyyə sektorunda tərəfdaşlıq imkanlarını müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.