İyun 18, 2026-3:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şəkidə taxıl biçininə start verilib

2026:06:09 - 13:57
in İQTİSADİYYAT
A A

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə arpa biçininə başlanılıb. Rayonun Kiçik Dəhnə və Böyük Dəhnə kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk gündə 39 hektar sahənin arpası biçilib, 112,7 ton məhsul tədarük olunub. Hələlik hər hektarda orta məhsuldarlıq 28,9 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 59 min 842,2 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 18 min 669 hektarını buğda, 41 min 173,2 hektarını dən üçün arpa sahələri təşkil edir.

Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 131 taxılbiçən kombayn, 104 ədəd küləşpresləyən aqreqat, 430 ədəd şum traktoru, 100-dək yük maşını, 285 ədəd traktor yedəyi, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq.

Biçin dövründə ehtiyac yaranarsa, digər rayonlardan da əlavə kombaynların dislokasiya olunması nəzərdə tutulur.

Sektor müdirinin sözlərinə görə, təsərrüfatlarda buğda biçininə isə iyunun 20-dən sonra başlanılması nəzərdə tutulur.

Əvvəlki Yazı

Sabah 33 dərəcə isti olacaq

Növbəti Yazı

BakuBus” ötən il büdcədən 100 milyon manat alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.